21 Dekabr 2015 17:49
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində “Oksi media” prodakşnın ekranlaşdırdığı “Şər qarışanda” filminin təqdimati olub.

Teleqraf.com xəbər verir ki, filmdə baş rolları xalq artisti Ramiz Novruz və Oksana Rəsulova canlandırıb. Triller-drama janrında çəkilən film şər qüvvələri canlandıran Fərruxla, xeyri təqdim edən Günelin mübarizəsindən bəhs edir.

O.Rəsulova filmin çox maraqlı alındığını dedi: “Rejissor Samir Kərəmoğlu ilk dəfədir bu janrda film çəkir. Film çox maraqlıdır. Ekran əsərində professional aktyorlar çəkildiyi üçün peşəkar iş alınıb. Filmin ideyası Fariz Əliyeva aiddir. Hər birinizi martın 3-də təqdimata dəvət edirik”.

Samir Kərəmoğlu bildirdi ki, film ekstermal hava şəraitində çəkilib. O O.Rəsulovanın həm prodüser, həm də aktrisa kimi işinin öhdəsindən peşəkarcasına gəlib.

Ramiz Novruz isə ssenarini bəyəndiyi üçün filmə çəkildiyini dedi: “Mənim üçün fərqli bir ssenari idi. Tamaşaçılar janr baxımından məni ilk dəfə belə bir obrazda görə biləcəklər. Ekran əsərində Oksananı bir aktrisa kimi kəşf etdim. Ekranda dürüst və səmimi idi”.

Qeyd edək ki, filmin rejissoru Samir Kərəmoğludur. Rolları İlhamə Qasımova, Şəhriyar Əbilov, Qurban İsmayılov, Zəhra Bədəlbəyli və s canlandırıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər