Kəmalə Piriyeva Yeni İl şənliyində iştirak edəcək.
Aparıcı Teleqraf.com-a bildirib ki, Rəşid Behbudov adına Mahnı Teatrında uşaqlar üçün hazırlanan tamaşada oynayacaq: “Bu tamaşadan əvvəl Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər”də Anjel rolunu oynamışam. Amma teatrda işləmək çətindir. Çünki məşqlərdə vaxtında olmalısan. Hansısa tamaşaya dəvət etsələr məmuniyyətlə qəbul edərəm”.
Aparıcı gələn ildən gözləntilərini də dilə gətirdi: “Bu il mənim üçün yaxşı keçdi. 2016-cı ildən ən önəmlisi sağlamlıq istəyirəm. Amma evlənmək istəmirəm. Ümumiyyətlə, 2016-2017-ci illərdə evlənmək planımda yoxdur”.
Rəqsanə