24 Dekabr 2015 21:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Four Seasons" oteldə "Uşaqlar gülsün deyə" adlı xeyriyyə konserti keçirilib.

Teleqraf.com xəbər verir ki, xeyriyyə konsertində bir çox məşhur müğənnilər iştirak ediblər. Konsertdə çıxış edən Röya Ayxan sevilən mahnılarını səsləndirib: "Hər zaman xeyriyyə konsertlərində canımla iştirak etməyə hazıram".

Xalq artisti Faiq Ağayev xeyriyyə konserti üçün təşkilatçılara təşəkkürünü bildirib: "Balalara qayğı göstərmək, sığallamaq lazımdır".

Müğənni Nura Suri isə hər zaman təmənnasız xeyriyyə konsertlərində iştirak etdiyini deyib.

Tədbirdə əməkdar artist Manana Caparidze, müğənnilər Zamiq Hüseynov, Emin Bədəlov, Elçin Cəfərov, Nazim Məmmədov və başqaları çıxış ediblər. Konsertin aparıcıları Samir Bayramov və Vüsalə Əlizadə olub.

Rəqsanə


Müəllif: