Paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan Milli Dram Teatrının qarşısında yol qəzası baş verib.
Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, şirkətlərdən birinə məxsus olan və Elman Məmmədov Zakir oğlunun idarə etdiyi inkasator (pul daşımaq üçün istifadə olunan maşın) Dram Teatrının qarşısındakı yolun kənarındakı məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşına ziyan dəyib, eyni zamanda yolun kənarında olan yol nişanı əzilib.
Yol hadisəsinin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.
İnkasatorın sürücüsü xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların qardaşıdır. Bunu Gülyaz Məmmədova özü də təsdiqləyib:
“Qardaşım deyir ki, qarşıma qəfildən taksi çıxdı, içərisində də çoxlu adam var idi, taksi ilə toqquşmamaq üçün maşını kənara qaçırtdım. Ona görə özümə ziyan dəyməsə də, maşına ziyan dəydi”.