Aşıq Namiq Fərhadoğlunun təqdimatında ilk dəfə "Köklə sazı" adlı veriliş Dünya TV-nin efirində yayımlanacaq.
BiG.AZ-a bu barədə Aşıq Namiqin özü məlumat verib: "Heç bir kanalda bu günə kimi belə bir yarışma keçirilməyib. İlk efir yanvar ayının 13-ü olacaq. Saza, sözə qiymət verdiyim, hörmət etdiyim üçün bu gün bu cür yarışmanı keçirməyə razı oldum. Öz hesabıma layihəni Dünya TV-nin efirində yayımladacam. Gənc aşıqlara hər zaman dəstəyəm. Özüm də müəllim kimi fəaliyyət göstərirəm. Verilişimdə qalib gələn ifaçını avtomobil hədiyyəsi gözləyir. Yeni ildə yeni avtomobil hər kəsin ürəyincə olar, yəqin ki. Çox gözəl fürsətdi və əminəm ki, çox yaxşı reytinq qazanan layihə olacaq".
Azərbaycanda ilk dəfədir ki, öz təşəbbüsü ilə hər hansı aşıq belə bir layihə gerçəkləşdirir.
Maraqlananalar VİDEONU izləyin: