"Paramparça" serialının iki qəhrəmanı Nurgül Yeşilçay və Erkan Petekkaya arasındakı söz-söhbət bitmək bilmir.
Eyni səhnədə yer almayan aktyorlar üçün bundan sonra yeni texnikadan istifadə olunacaq. Belə ki, onlar ayrı-ayrı çəkiləcək və montaj vasitəsilə birləşdiriləcək.
Bununla yanaşı bir neçə seriyadan sonra ekran işindən gedəcək Nurgülün yeri üçün yaradıcı heyət yeni aktrisa axtarışına başlayıb./Axşam.az/