Azərbaycan konserti ləğv olunan Hadisə Yeni il axşamı Hatayda səhnəyə çıxacaq.
İfaçı bu çıxışdan 600 min lirə (təxminən 300 min manat) qazanacaq. Bələdiyyə başçısı həmin gün Hatayda Sertab Erenerin də konsert verəcəyini açıqlayıb. Bu isə Hatayın Yeni il axşamı 1 milyon lirədən çox xərc çəkəcəyi anlamına gəlib.
Tvitterdə insanlar bundan qəzəblənərək bu pulun daha xeyirli işlərə sərf olunmasının vacibliyini bildirib. Onlar təkcə bu pulla Hataydakı bütün məktəbləri təmir etməyin mümkünlüyünü bildiriblər:
"Bu qədər israf olmaz, heyfdir".
"Kaş ki, daha xeyirli işlərə xərcləsələrdi".
"Həmin pulla nə qədər tələbə oxutmaq olardı".
Qeyd edək ki, Hadisənin Azərbaycan konserti dolların bahalaşmasına görə təxirə salınmışdı. O, Qubadakı çıxışından 700 min lirə (təxminən 350 min manat) qazanacaqdı./Axşam.az/