Müğənni Nazim Pişiyari (Faytonçu) Amerikaya köçür.
Sənətçi bu haqda “Nanəli” verilişində deyib:
“2016-cı ili burada qeyd etməyəcəm. ABŞ-a köçürəm. Təhsil alacam. Buna görə də yarım il orada qalacam. Təhsilim bitdikdən sonra vətənə qayıdacam”.
Nazim müğənni Vasif Məhərrəmli ilə aralarındakı qalmaqala da aydınlıq gətirib:
“Vasif, öpürəm səni. Mən ondan küsməmişəm. O mənlə danışmır. Mən gedirəm Amerikaya, Vasif, gəl mənə çat”.
Qeyd edək ki, V.Məhərrəmli həmkarı haqqında “Nazim oxuya bilmir” ifadəsini işlətmişdi./Axşam.az/