Müğənni Röya Ayxan Türkiyə mətbuatının gündəmindədir.
Teleqraf.com xəbər verir ki, sənətçi "HaberTurk"ə müsahibə verib.
O, sənət yolu ilə bağlı maraqlı məqamlara toxunub: "İştirak etdiyim konsertlərin birində mənə dedilər ki, səndən əvvəl başqa bir müğənni gəlmişdi, onu qovduq, səni dəvət elədik. O sözə görə konsertdə iştirak eləmədim. Kiməsə "mən olmasaydım, sən buraya gələ bilməzdin" dedizdirtmədim".
Müğənni dünyaca məşhur müğənni Rihannaya bənzədilməsinə də münasibət bildirib: "Mən özümü Rihannaya bənzətmirəm. Hər kəsin işinə hörmətim var. Sadəcə, eyni markadan geyindiyim üçün Rihannaya bənzədirlər".
Sənətçi Yeni İl arzularını da dilə gətirib: "Azərbaycanda hər şey elədim. İndi Türkiyədə də sevilmək istəyirəm".
O, türkiyəli jurnalistlərə sevgilisinin olduğunu deyib: “Sevgi hisslərini dərin yaşayıram. Hazırda sevgilimlə danışmıram. Amma otağının divarlarına "Səni sevirəm" yazmışam".
Rəqsanə