29 Dekabr 2015 12:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Faiq Ağayevin 44 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, sənətçi “Yoldaş Rövşanə” verilişində ad günü ilə bağlı təəssüratlarını bölüşüb: “Özümü 27-28 yaşlı kimi hiss edirəm. Ruh yaşım böyükdür. Ağlıma görə isə anamla eyni yaşdayam. Deyirlər ki, kişilərdə orta yaş dövrü “krizis” olur. Vurulmağa, ikinci dəfə cavanlığını yaşamağa başlayırlar. Hələ ki, o “krizis” mənim qapımı döyməyib”.

F.Ağayev sevgi münasibətlərindən də danışıb: “Ürəyim boşdur. Sovet dövründə ailə qurmayan, vaxtını işinə sərf edən və utancaq adamlar üçün klub var idi. 40 yaşından sonra kişi və qadınları bir yerə toplayırdılar ki, bir-biri ilə tanış olsunlar. İndi belə yerlər yoxdur. Həyat yoldaşı mağazada satılmır ki. Bu, Allahın qismətidir. Həyatımda iki dəfə əsl sevgi yaşamışam. Amma münasibətlərim çox olub”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər