Braziliyalı milyonçu Tane Çiquno Skarpa sosial mediada verdiyi açıqlama ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Skarpa "bentley" markalı maşınını o biri dünyada istifadə etmək üçün"dəfn" etdiyini yazıb. O, bununla bağlı jurnalistləri malikanəsinə qonaq çağırıb.
"Bahalı maşını basdıracağımı deyəndə məni qınadınız. Halbu ki, insanların çoxu bu maşından daha dəyərli şeyləri torpağa basdırır. Ürək, qaraciyər, ağciyər, göz və böyrəklər topağa basdırılır. Bu axmaqlıqdır. Yüz minlərlə insan orqan köçürülməsi üçün növbə gözləyir. Bu, dünyada ən böyük israfçılıqdı. "Bentley" bunun qarşısında heç nədir. O, hər kəsin qarşısında orqanlarını rəsmən bağışladığını bildirib."
Rüstəm