Bu gün xalq artisti Fatma Mahmudova 61 yaşını qeyd edir.
Aktrisa Teleqraf.com-a ad gününü qeyd etməyəcəyini deyib: “Heç vaxt ad günümü qeyd eləmirəm. İlk təbriki siz elədiniz. Sevinirəm ki, bu yaşa gəlib çıxmışam. Allaha şükür edirəm ki, Yeni İldə, ad günümdə canım sağ-salamatdır. Ən önəmlisi övladlarımın və məni sevən insanların əhatəsindəyəm”.
F.Mahmudova 1954-cü ildə Ağdamda anadan olub.
Rəqsanə