6 İyun 2014 21:47
5 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın məşhur pop ulduzu Cenifer Lopez növbəti dəfə hər kəsi özünə heyran qoyub.

ANS PRESS-in məlumatına görə, son zamanlar gənc sevgilisinin transseksual ilə ona xəyanət etməsi ilə gündəmdə olan ifaçı növbəti konsert proqramı ilə çıxış edib. JLO ilk dəfədir ki, Bronksda pərəstişkarlarının qarşısında çıxış edib. 44 yaşı olmağına baxmayaraq cazibədarlığını qoruyub saxlaya bilən müğənni bir-birinin ardınca hit mahnılarını səsləndirib. Cenifer proqram boyunca bir neçə dəfə geyimini dəyişib, seksual obrazı ilə baxışları özünə cəlb edib.

"Versace"in kolleksiyasından olan yaşıl rəngli açıq-saçıq libas isə 2000-ci ildə Qremmi mükafatlandırma mərasiminə geyindiyi paltara çox oxşayıb. Aralarında olan fərq isə birinin qısa, o birisinin uzun omasıdır.

Qeyd edək ki, həmin paltar müasir dövrün ən dəbli libaslarının sırasındadır.

Cenifer Lopezin konsertindən olan video və fotoları sizə təqdim edirik:




































Müəllif: