"Yeter" serialı ilə ekranlara dönən Pelin Karahan evliliyi, ana olması və karyerası haqda danışıb.
O, "ailə həyatım mənim üçün hər şeydən öndə gəlir, evdəki xoşbəxtliyim işimə də sirayət edir, daha yaxşı çalışmağıma kömək olur" deyib:
"Ali Demir dünyaya gəldikdən sonra hər şey başqa cürdür. Mənim üçün əvvəl o gəlir, sonra qalan həyatım... Övıad böyük məsuliyyətdir. Hər kəs bunu daşımaya bilər. Həyat yoldaşım Bedri işimin nə olduğunu başa düşür. Ona görə də qısqanclıq yoxdur. Yolda foto çəkdirmək istəyənlər olanda bunu normal qəbul edir. Başqa uşaqlarımın da olması barədə düşünürəm. Böyük ailəmin olmasını istəyirəm. Bəzən münasibətlərdə qadınla kişi toyu yubadırlar, uzun müddət nişanlı qalırlar, ona görə də münasibət getdikcə adiləşir, pozulur".
Qeyd edək ki, "Yeter" serialı bu gün ATV telekanalında, Bakı vaxti ilə saat 22:00-da başlayır./Axşam.az/