2 Yanvar 2016 11:06
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sakarya şəhərində faciəvi hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Orhaniye məhəlləsindəki evlərdən birində 80 yaşlı Süleyman Gökmən axşam yeməyi vaxtı infarkt keçirib. S.Gökmənin həyat yoldaşı Nuriyə Gökmən isə kömək üçün küçəyə çıxıb. Bu vaxt vəziyyəti pisləşən 79 yaşlı qadın da həyəcandan huşunu itirərək qapının ağzında yerə yıxılıb.

Bir müddət sonra evə gələn qonşulardən biri qadının evin qapısında soyuqdan donaraq öldüyünü görüb. Daha sonra içəri girən qonşular Süleyman Gökmənin də süfrə başında öldüyünü aşkar ediblər.

Faktla bağlı araşdırmaya başlayıb.

Uğur


Müəllif: