2 Yanvar 2016 15:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Akyorlar obrazları qəlbən yaşadıqlarına görə uzun yaşamırlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova "Günə Baxan" verilişində çıxışı zamanı deyib: "Canlandırdığımız obraz ürəkdən gəlməsə yaxşı alınmır. Eləcə də tamaşa zamanı səs diapazonu, nəfəs düzgün işləməlidir. Təbii ki, bunlarla yanaşı professionallıq lazımdır. Mənə düzgün səhnə danışığını Mikayıl Mirzə öyrədib. İlk dəfə onunla "Fərhad və Şirin" tamaşasında oynayırdıq. Şirin obrazındakı çıxış şeir dili idi. İnanın ki, şeir üzərində Mikayıl müəllim cümlə-cümlə işləyirdi. O tamaşanın 6 ay məşqi mənim üçün böyük məktəb oldu. Mikayıl Mirzədən çox şey öyrəndim".

Rəqsanə


Müəllif: