3 Yanvar 2016 15:33
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyə "Evdəkilərə salam" verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, aşıq ailəsinin ona dəstəyindən, həyat yoldaşının qadağalarından və sənətdəki dostlarından danışıb.

Onun sözlərinə görə, həyat yoldaşının bütün qadağalarına tabe olub: "Çox insanlar deyirlər ki, incəsənət qurban tələb edir. Amma elə deyil. İncəsənət qurban deyil, ağıl tələb edir. Mən atdığım addıma, hər bir hərəkətimə diqqət edirəmsə, həyat yoldaşım nəyə görə bu sənətə qadağa qoysun? Sənətin pisi yox, sənətkarın pisi var. Həyat yoldaşımdan yer-göy qədər razıyam. İstəsə müəyyən qadağalar qoya bilərdi. Düzdü, ailə qurduğum ilk vaxtlar qadağalar qoydu. O qadağalara heç cür mənfi reaksiya vermədim. Məsələn, filan konsertə getmə, getmədim. Heç vaxt yoldaşımın sözündən çıxmağı xoşlamamışam. Bizim ailədə son sözü yoldaşım deyir. Biz sadəcə, məsləhət edə bilərik".

Aşıq xanımu bu sənətdə dostlarının olmadığını da dilə gətirib: "Ailəvi dostluq etdiyim elə bir insan yoxdur.Telli hərdən bizə gəlir, amma mən getmirəm. Sadəcə, harasa gətməyi xoşlamıram. Düzdür, toylar və konsertlərə gedirəm. Amma işim olmayanda evdən çölə çıxmıram.

Aşıq Zülfiyyə onu da deyib ki, oğlu Babəklə birlikdə yaşayır: "Oğlumun evi var. Amma oğlum və gəlnim bizdən ayrı yaşamaq istəmirlər".

Rəqsanə


Müəllif: