Müğənni Nadir Qafarzadə həmkarı Cavanşir Məmmədovla münasibətinin ikinci dəfə pozulmasından danışıb.
Teleqraf.com xəbər verir ki, N.Qafarzadə "Hər şey daxil" verilişində Cavanşir Məmmədovdan yenidən üzr istədiyini gizlətməyib: "Efirlərin birində yenə problem olmuşdu və bu Cavanşir müəllimə pis təsir etmişdi. Mən kiçikliyimi göstərib dedim ki, aramızda küskünlük nəyə lazımdır? Əslində, o, hadisədən əvvəl barışmışdıq. Çoxları bu münasibəti kənardan qızışdırmağa çalışırdı. Amma Manaf qardaşım sağ olsun, dedi ki, ayıbdı bu hərəkət bizə yaraşmaz".
Rəqsanə