5 Yanvar 2016 01:04
430

Türkiyənin məşhur serialı “Möhtəşəm yüz il: Kösəm Sultan”da baş verən hadisə ölkənin gündəminə çevrilib.

ANS PRESS-in məlumatına görə, serialın rəhbərliyi yeni il hədiyyəsi olaraq heyət üzvlərinə "Milli piyanqo" lotoreya bileti verib.

Əvvəl biletlər bütün əməkdaşlara verilməyib. Sonra ədalətsizlik olmasın deyə biletlər hətta sürücülərə də paylanılıb.

Lotoreyalardan biri qalib gəlib. 5 milyon türk lirəsi (2679 AZN) ilə mükafatlandırılan qalib Beren Saatın Selçuk adlı sürücüsü olaraq tanınır. O, aktrisanın şəxsi sürücüsü olmasa da, film çəkilişləri zamanı aktrisanı maşını ilə aparıb gətirir.

Beren Saat ötən ilin dekabr ayından serialda baş rolu canlandırır. O, Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Thsilmpounu əvəz edib. B.Saat dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub.


Müəllif: