5 Yanvar 2016 15:05
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan aparıcı Zaur Kamal xarakterindən danışıb.

Teleqraf.com xəbər verir ki, aparıcı “Star life” verilişində onu həyatda kobud insan kimi tanıyanlara səslənib: “Həyatda necəyəmsə, efirdə də elə olmağa çalışıram. Kənardan çox kobud, özündən razı görünürəm. Amma elə insan deyiləm. “İnstagram” səhifəmə yazırlar ki, səndə hər şey superdir, kobudluğun və özündən razılığın olmasa... Deyirəm ki, siz mənimlə əyani tanış deyilsiniz. Üz-üzə görüşsək bu fikirləriniz alt-üst olacaq. Məndə kin yoxdur. Elə vaxt olur ki, bəzi müğənnilər mənə qarşı kin saxlayırlar. Amma görüşdükdən sonra kin aradan qalxır. Onu da deyim ki, insanlar var ki, aparıcının ürəyiyumşaqlığından istifadə edirlər. Amma ona heç vaxt imkan verməmişəm”.

Rəqsanə


Müəllif: