5 Yanvar 2016 16:00
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəyişməyi sevirəm. Xüsusilə də xanımlar hər zaman fərqli görünməlidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atv maqazin onlarla” verilişində rəqqasə Fatimə Fətəliyeva deyib: “Mənə deyirdilər ki, qara geyinirsən. Ondan sonra müxtəlif rənglərdə paltar geyinməyə üstünlük verdim. Amma qara rəngdən başqa paltarlarda özümü əsl Fatimə kimi hiss eləmədim. Fatimə qaraqaş, qaragözdür axı”.

Rəqqasə 2016-cı ildən gözləntilərini də dilə gətirib: “Bu il Şou-biznesdə heç kimlə dava etmək istəmirəm. Ümumiyyətlə, heç kimlə münasibətimi korlamaq istəmirəm”.

Rəqsanə


Müəllif: