Müğənni Sevda Yəhyayeva konsert verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, S.Yəhyayevanın solo-konserti yanvarın 23-də olacaq.
İfaçı konsertdə ən yeni və sevilən mahnılarını canlı səsləndirəcək.
Konsertinin prodüseri Pərviz Əsgərovun dediyinə görə, S.Yəhyayeva artıq konsertin məşqlərinə start verib.
“Halikarnas” restoranında baş tutacaq konsertin aparıcısı Aynur Hacıyeva olacaq.
Rəqsanə