11 Yanvar 2016 02:00
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə tələbələrlə görüşən müğənni Bedük sosial şəbəkələrə nifrət etdiyini bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, "Facebook", "Tvitter" kimi şəbəkələrin gənclərə ziyan verdiyini deyib:

"Onların sosial media olması fikrinə qarşıyam. Bu sosial şəbəkələr ancaq "bəyəndim" sayının toplanması üçün məna daşıyır. İnsanlar səviyyəni topladıqları bəyənmə sayına görə ölçürlər. Buna görə də sosial şəbəkələrə nifrət edirəm. Onların çox dəyərli kimi göstərilməsi gənclərin də xeyrinə deyil. Sosial şəbəkələrdə "Nə qədər insan baxdı? Nə qədər insan bəyəndi?" düşüncələri aradan qaldırılarsa, daha yaxşı olar".


Müəllif: