11 Yanvar 2016 14:24
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Zəlimxan Yaqub Fəxri Xiyabanda torpağa tapşırılıb.

14.24

Teleqraf.com xəbər verir ki, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər ziyalılar xalq şairi Zəlimxan Yaqubla vidalaşmaq üçün Fəxri Xiyabana gəliblər.

12.09

Təzə Pir Məscidində xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçilir.

Teleqraf.com xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, dövlət xadimləri iştirak edirlər.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən AYB-nın üzvü olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-da, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Rəqsanə


Müəllif: