13 Yanvar 2016 22:35
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni, xalq artisti Brilliant Dadaşova Ajda Pekanla bağlı maraqlı açıqlama verib.

Müğənni ATV-də yayımlanan "Atv maqazin 10larla" verlişinə Ajda Pekanla görüşündən danışıb:


"Mən ona söz vermişdim ki, onu balıq yeməyə dəvət edəcəm. Biz görüşdük, getdik restorana, ancaq hesabı Ajda xanım verdi. Daha sonra biz onun evinə yollandıq. Mən pianoda Ajda xanımın mahnılarını ifa etdim. Ajda xanım təəccüblə baxdı, soruşdu ki, sən mənim mahnılarımı hardan bilirsən. Dedim, mən sizin gənclik illərindən fanatınızam".

Sənətçim son zamanlar çox arıqlaması ilə bağlı da danışıb. O bildirib ki, formada qalmaq üçün pəhriz saxlamır.

"Məndən pəhriz saxlayan olmaz. Mən qurmanam, yeməyi sevirəm. Toyuğun dərisini, hinduşkanın qabırğasını çox xoşlayıram. Sadəcə davamlı idmanla məşğul oluram. Pəhrizlə yox, idmanla arıqlamışam".


Müəllif: