14 Yanvar 2016 18:37
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli necə arıqlamasından danışıb.

Publika.az xəbər verir ki, müğənni ATV-nin efirində 20 kilo arıqlamasının sirrini açıb:

“İradəm sayəsində buna nail oldum. Sağlam həyat tərzi keçirirəm. Gündə 10 kilometr piyada gəzirəm. Adətən, təmiz havada, hava çox soyuq olanda evdə qaçış xalçasından istifadə edirəm. Gündə 3 litrə qədər su içirəm. Axşam saat 8-dən sonra heç nə yemirəm. Xəmir xörəklərindən, qazan yeməklərindən, şirniyyatdan imtina etmişəm. Ancaq buxarda və sobada bişirilən tərəvəzlər yeyirəm. Banan, üzüm olmaz. Ancaq alma, hərdən armud yeyirəm”.


Müəllif: