Mətbuatda televiziya kanalarında çıxışına qadağa qoyulan məşhurlar sırasında xalq artisti Brilliant Dadaşovanın da adı çəkilir. Bildirilir ki, xalq artisti Brilliant Dadaşovanın bəzi telekanallarda çıxışına qadağa qoyulub.
B.Dadaşovanın mətbuat katibinin Teleqraf.com-a açıqlamasına görə xalq artistinin çıxışına qadağa qoyulmayıb: “Yalan məlumatdır. Brilliant xanıma heç bir kanalda qadağa qoyulmayıb. Və bütün kanallarda da çıxış edir. Heç bir problem yoxdur”.
Rəqsanə