17 Yanvar 2016 00:35
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artisti Mətanət İsgəndərli nəvələri və gəlini ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, əməkdar artist “Star Life” verilişində oğlu Kərimin qızına Mətanət adının verilməsinə çox sevindiyini bildirib. O, qeyd edib ki, özünü sındırmamaq üçün övladlarına adını qoyulmasını məsləhət görməyib: “Sevindim ki, məni bu cür çox sevirlər və övladlarına adımı vermək istəyirlər. Düzü, elə bilirdim ki, adımı qoymaq istəmirlər. Ona görə də özümü sındırmırdım. Qızım Ülkər də adımı qoyacağını demişdi. Ona görə də gəlinimə deyirdi ki, anamın adını sən deyil, mən qoyacam. Baldızdı axı, gərək baldızlığını etsin. Deyirəm, ay Ülkər artıq adımı qoydular”.

Sənətçi özünün çəkdiyi əziyyəti gəlininin çəkməsini istəmədiyini də deyib: “Atalar deyib ki, “Gəlin gəlin olmaz, onu düşdüyü yer gəlin edər”. İnsan çox əziyyət çəkəndə ibrət götürür ki, o, elə olmayacaq. Axı özüm də gəlin olmuşam. İstəməzsən ki, sənin yaşadıqlarını kimsə yaşasın”.

Nəvəsini çox sevən müğənni gəlinindən də şikayətlənib: “Yaxşı ki, bu evdə yaşamıram. Mənim ürəyim partlayar. Keçən dəfə parkda gəlinim nəvəmi çimdiklədiyinə görə çox hirsləndim. Dedim ki, övladına düşmənsən? Bunu niyə belə çimdikləyirsən?”

M.İsgəndərli arıqlamağından da danışıb: “20 kilo çəki atmışam, 10 kilo da arıqlamaq istəyirəm. Kərim deyir ki, mama, 5 kilo çəki atsan bəsindir”.

Əməkdar artistin iki övladı var. Oğlu Kərim ailəlidir və üç uşaq atasıdır.

Rəqsanə


Müəllif: