18 Yanvar 2016 15:02
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova ailəsinin dağılmasından danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi ATV kanalında ikinci dəfə ailə quracağını da etiraf edib: "Mən də insanam. Amma bu dəfə özüm-özümü aldatmayacam. Gərək ailə quracağın insana güvənəsən. Mənim həyatım, yaxınlarım da onun üçün əziz olsun. Eləcə də, sənətimi qəbul etməlidir. Etiraf edirəm ki, dünya gözəli deyiləm, amma mənimlə ailə qurmaq istəyənlər çox olub. Amma sənətimi atmağı şərt qoyurdular. Məgər sənət siqaretdir atasan? Əslində, keçmiş həyat yoldaşımla ailə qurmağımın səbəbi sənətimi qəbul etməsi oldu. Düzdür, həyat yoldaşımla böyük bir sevgi yaşamamışıq. Sadəcə, bizim ailəmiz alınmadı. 16 yaş fərqimiz var idi”.

Müğənni onu da deyib ki, ikinci övladını dünyaya gətirərkən həyat yoldaşından ayrılıb: “İkinci övladım dünyaya gələndə xəstəxanadan gecə saatlarında çıxdım. Uşağın atası yanımızda deyildi. Düşmənimə də bunu arzulamıram".

L.Məmmədovanın iki qızı var.

Rəqsanə


Müəllif: