19 Yanvar 2016 09:27
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı aktyor Rikardo Medina-balaca Los-Ancelesdə həbs olunub.

Dünya ulduzu qətldə ittiham olunur. “Entertainment Weekly”nin iddiasına görə, Rikardo qonşusu Coş Statteri qılıncla qətlə yetirib. Buna isə Rikardo ilə Coşun arasında qız üstündə mübahisə düşməsi səbəb olub.

Aktyor qılıncla qonuşusuna zərbə endirdikdən sonra təcili yardım çağırıb. Lakin həkimlər C.Statterin həyatını xilas edə bilməyiblər. Saxlanılan Rikardo daha sonra məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

“Baş verənlərə görə çox təəssüf edirəm. Bütün qəlbimlə Coşun doğmalarının yanındayam” deyən aktyorun məhkəmədə dinləmələri sabaha təyin edilib.

Rikardonun vəkili onun bu hərəkətini “özünümüdafiə” adlandırıb. O hətta 1 milyon dollar girov qoymağı belə təklif edib./Axşam.az/


Müəllif: