19 Yanvar 2016 14:08
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Könül Xasıyeva həyəcanlı anlar yaşayıb.

Teleqraf.com xəbər verir ki, o, bu haqda “Ondan sonra” verilişində məlumat verib: “Mən heç yerdə qala bilmirəm. Məclis yekunlaşdıqdan sonra qardaşıma dedim ki, evə getmək istəyirəm. Hava limanında bir taksiyə əyləşdik və mən də arxa oturacaqda əyləşdim. Gecə sürücü maşını saxlayıb nə isə almaq üçün mağazaya gedəndə bir nəfər qaça-qaça maşına oturdu və sürücüyə dedi ki, sür! Mən donub qalmışdım və nə baş verdiyini bilmirdim. Dedi ki, məni öldürəcəklər, onların əlindən qaçmışam. Bizim sürücümüz də sürmədi. Oğlan sürücünü təhqir etdi və maşının qapısını çox kobud şəkildə açdı və qaçdı. Çox qorxulu bir hadisə idi. Nə qədər həyəcan yaşadım”.

Rəqsanə


Müəllif: