Oxşar xəbərlər
Brilliant Dadaşova indiyədək danışmadığı sirrini açıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti vaxtilə San-Fransiskoda olarkən səhnədə başına gələn xoşagəlməz hadisədən danışıb:
“Deməli, konsert olacaqdı. Təklif gələndə Rafiq Babayev onlara mənim çıxışımı da söz veribmiş. O, onlara söz verəndə mənim hamilə olduğumu bilmirdi. Mən ona dedim ki, Rafiq müəllim, səfərə gedə bilmərəm, amma səbəbini söyləməyə utandım. Ora getdim, gecə saat 4-ə qədər səhnədən enməyə qoymadılar. Ayaqlarım elə şişmişdi ki... Səhnədən enəndən sonra vəziyyətim pisləşdi, xəstəxanada 4 aylıq uşağımı itirdim”.
Müğənni bu sözləri “Şoubiz+” verilişinə açıqlamasında deyib.
Aysel Şirinzadə