19 Yanvar 2016 21:36
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, əməkdar artist oğlunun saxlanılmasını təsdiqləyib. Rəhman Rəhmanovun oğlu ilə yaşamadığını deyib: "O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!"

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.


Müəllif: