21 Yanvar 2016 10:19
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinəm Koballa Kənan İmirzalıoğlunun toy tarixi bəlli oldu.

Kənan İmirzalıoğlu yeni il gecəsi sevgilisi Sinem Kobala romantik evlilik təklifi etmişdi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük artıq toya hazırlaşır. Belə ki, cütlüyün bu yay nikah masasına əyləşəcəyi və toy üçün məkan seçdiyi məlum olub.

Xatırladaq ki, ötən gün “Elle” jurnalının təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasiminə qatılan Sinəm Kobal ilk dəfə olaraq evlilik təklifini təsdiq edib.

Ayaqüstü jurnalistlərin sualları cavablandıran gözəl aktrisa "Evlilik haqqında eşitdikləriniz doğrudur" deyərək mübahisələrə son qoyub.


Müəllif: