21 Yanvar 2016 16:35
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ceyhun Əliyev fevralın 14-də Moskvada keçiriləcək konsertdən imtina edib.

İfaçı Teleqraf.com-a konsertdən imtina etməsinin səbəbini açıqlayıb: "Sevgililər Günündə müğənni Günay İbrahimli Moskvada konsert verəcək. Həmin gün mən də çıxış etməliydim. Konsertdən imtina etdim. Səbəb təşkilatçı Samirə xanımın söz verdiyi tarixdə nəzərdə tutulan qonorarı ödəməkdən imtina etməsidir. Bu konsertə görə Bakıdan gələn təkliflərdən imtina etmişdim. Orda böyük məbləğ yoxdur. Bu, əsas Günay İbrahimlinin konsertidir. Sadəcə, söz danışıqdan keçər. Uzaq səfərə gedirəm, buradakı işlərimin üstündən xətt çəkirəm. Baxdım ki, əvvəlki danışığımız başqa məcraya yönəlir. Pulun ödəniləcəyi tarixdən keçsə də müxtəlif bəhanələr gətirilir. Ona görə də yolun yarısından qayıtmağı daha məqsədəuyğun bildim”.

C.Əliyev G.İbrahimli ilə münasibətlərindən də danışıb: "Bu açıqlamamın əsla Günaya dəxli yoxdur. Günay mənim yaxın sənət dostumdur. Hətta istəsə ona görə təmənnasız həmin səhnədə çıxıb oxuya bilərəm”.

Rəqsanə


Müəllif: