22 Yanvar 2016 14:02
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc qızikən ailə qurub, ayrılan qurbanlardan biri də mənəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qadına görə” verilişində əməkdar artist Mətanət İsgəndərli deyib: “Tez evlənmişəm, amma təhsil almaq istəyirdim. İki övladım olduqdan sonra arzularıma çatdım, İncəsənət Universitetinə daxil oldum. Bu zirvəyə, arzularıma çox çətinliklərlə çatmışam. Erkən nigahların əleyhinəyəm. 10-cu sinifdə oxuyurdum, rəhmətlik nənəm deyirdi ki, bu qız evdə qalıb, alan olmayacaq. Anam 14 yaşında ailə qurub. Onun üçün ürəyim ağrıyır ki, bu insan uşaqlığını yaşaya bilməyib”.

Əməkdar artist ailəsinin dağılmasından da danışıb: “Həyat yoldaşımla bir-birimiz çox sevirdik. Həyat yoldaşımın valideynlərindən ayrı yaşasaydıq, ailəmiz heç vaxt dağılmazdı. Ona görə də valideynlərə səslənirəm ki, gənc ailələrin ayrı evlərdə yaşamaqları üçün şərait yaratsınlar”.

Rəqsanə


Müəllif: