22 Yanvar 2016 14:48
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədəki təhsilini başa vurub.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda sosial şəbəkədə yazıb: “Hər bir valideynin arzusu övladının təhsildə böyük nailiyyətlər qazanması, ailə səadəti və can sağlığının olmasıdır. Məni dünyaya gələn gündən xoşbəxt edən, həyatımın işığı olan balam, məni bu gün ən bəxtəvər analardan etdi. “Magistraturanın son imtahan mərhələsindən A qiyməti aldım” dedi. Bu sözləri ilə canımdakı illərin yorğunluğunu aldı. Həmişə bu sözü deməyimi istəmir, amma deyəcəm: Aynişan, anan qadanı alsın”.


Müəllif: