22 Yanvar 2016 20:45
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasovun məhkəmi prosesi başa çatıb.

Bu barədə Teleqraf.com-a danışan Mehriban Xanlarova məhkəmədə qalib gəldiyini deyib: “Məhkəmə iddiamı təmin etdi. Haqq öz yerini tutdu və mən qalib gəldim. Kərim məhkəmənin qərarına əməl etməlidir və 1000 manat cərimə ödəməli, üzr istəməlidir. Biz Kərimlə “Maşın şou”da barışmışdıq. Yenidən məni “Hacıxanım” deyib ələ saldı. Bu hərəkətini bağışlasaydım, ətrafımdakı insanlar mənə gülərdilər. Bu addımı atmasaydım, eyni hadisə sabah başqa aktyoru gözləyə bilərdi”.

Kərim Abbasovunun meneceri isə saytımıza açıqlamasında məhkəmənin qərarı haqqında məlumatları olmadığını deyib.

Rəqsanə


Müəllif: