25 Yanvar 2016 11:05
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Zöhrə Abdullayeva müğənni Günay İbrahimlini geyiminə görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, "ATV Maqazin Onlarla" verilişində çimərlik geyimi ilə klip çəkdirməyə qarşı çıxıb: "Çimərlik geyimilə səhnəyə çıxmaq olmaz. Qəşəng qızsan. Qadın nə qədər qapalı olsa, o qədər maraqlı olar. Günay İbrahimli, özün kimi ol. Avropa səhnəsinə baxıb, elə şeylər eləmə. Müğənnilərin klip çəkdirən zaman yataqda uzanmaqları mənə çatmır. Bəlkə mən geridə qalmışam? Ajda Pekkanın da geyimini bəyənmirəm. O yaşda, o paltarla səhnəyə çıxmaq olmaz. Ajda gözəl görünür, amma makiyajsız gözəl deyil”.

Rəqsanə


Müəllif: