25 Yanvar 2016 11:51
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşından ayrılması haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, aktrisa “ATV Maqazin Onlar”a açıqlamasında həyat yoldaşından ayrılmadığını deyib: “Hər deyilən söz doğru olmur. Bunu ürəyinə salıb, dərd eləməyə dəyməz. Şəxsi səhifəmizə yazırlar ki, “Bunlar boşanmadılar, ailələri nə qədər davam edəcək?”. Onlar danışmağa, mən də öz həyat yoldaşımla xoşbəxt yaşamağa davam edirəm. Neçə ildir ailə qurmuşuq, bir gün belə ayrı qalmamışıq. Bir-birimizə çox hörmət edirik, çox sevirik, xoşbəxtik. Allah bütün cütlükləri xoşbəxt eləsin. Niyə də xoşbəxt olmayım? Allah mənə hər şeyi bəxş edib. Həyat yoldaşıma "eşqim" deyirəm”.

T.Əliyeva övladının olmamasından da danışıb: “Qismət Allahındır. Olarsa-olar, olmazsa, yenə də Allaha şükür edirəm. Övladımın olmadığına görə həyatımı qaraldıb, depressiya yaşamıram”.

Rəqsanə


Müəllif: