25 Yanvar 2016 13:54
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevda Yəhyayeva 2016-cı ilin ilk konsertini verib.

Teleqraf.com xəbər verir ki, müğənni 20 mahnı ilə sevənlərinin qarşısında çıxış edib. O, canlı orkestrla səhnədə estrada, klassik həm də bəstəkar mahnılarını ifa edib. Sevda ifasından başqa fərqli görünüşü ilə də diqqət çəkib. Sevdanın səhnəyə qırmızı rəngli libasda çıxması tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İfaçı konsert proqramında əməkdar artist Teymur Əmrahla türk dilində duet də oxuyub.

Müğənninin saç düzümü və makiyajı isə Elnur Həsənova məxsusdur. Konsertin təşkilatçısı və aparıcısı Aynur Hacıyeva olub.

Rəqsanə


Müəllif: