25 Yanvar 2016 15:32
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rita Ora Paris moda həftəsində geyiminə görə pis vəziyyətə düşüb.

25 yaşlı müğənni yeriyəndə, oturanda və avtomobilə minəndə çətin anlar yaşayıb. O, paltarının əynində cırılmaması və ya uyğunsuz görüntü verməməsi üçün əziyyət çəkib. Dəfilədə iştirak edən bütün medianın və qonaqların diqqətini çəkən Ritanın narahatlığı hiss olunub.

Alt paltarsız geyinilən libas podiumda bir model tərəfindən istifadə edildikdən sonra müğənninin diqqətini çəkib. Lakin Ritanın kök olması və modeldən qısalığı onun yaxşı görünməsinə mane olub./axşam.az


Müəllif: