25 Yanvar 2016 17:44
3 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs deyirdi ki, Günel İbrahim Tatlısəslə sevgili olub, hətta uşaqları var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atv maqazin onlarla” verilişində Türkiyədə yaşayan müğənni Günel Zeynalova deyib: “O sözləri eşidəndə çox pis olurdum, İbrahim bəyə zəng edirdim ki, “İbrahim abi” bizim haqqımızda belə sözlər danışırlar. O da deyirdi ki, “Allah onların bəlasın versin. Sən 18 ildir ki, ədəbinlə, namusunla yanımdasan, bu söz-söhbətlərə fikir vermə. Sən bu sənətdə ilk qurbanı verdin, onlara əhəmiyyət vermə.

Tatlısəs mənim ikinci atam, qardaşım olub. Mən onu çox istəyirəm. Kimsə nəsə danışırsa, mənim üçün önəmli deyil”.

G.Zeynalova onu da deyib ki, Türkiyə şou-biznesində onu gözə götürməyən insanlar var.

Rəqsanə


Müəllif: