26 Yanvar 2016 12:39
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Almaz Ələsgərləri ilə müğənni Sevda Yəhyayeva arasında yaranan qalmaqal davam edir.

Teleqraf.com xəbər verir ki, Almaz Ələsgərlininin “Sevdanın oxuması üçün əsrlər lazımdır” ifadəsinə müğənninin prodüseri Pərviz Əsgərov cavab verib: “Sevda Yəhyayeva 2004-cü ildən peşəkar səhnədə fəaliyyət göstərir. Teymur Göyçayevin rəhbərliyi altında orkestrla canlı konsert verib. Heydər Əliyev Sarayında, Yaşıl Teatrda verdiyi konsertlərdə anşlaq yaşanıb. Ölkədən kənarda kliplər, albomlar layihələr reallaşdırıb. Şükürlər olsun ki, heç biri uğursuz alınmayıb. Demək ki, səhnədə və gündəmdə qalmaq üçün əsrlər lazım deyil. Gəlin sizin və Sevdanın bu günə qədər olan fəaliyyətini yan-yana qoyaq. Fərqi özünüz görəcəksiniz. Mən qalmaqal yaratmaq üçün bu fikirləri səsləndirmirəm. Qalmaqala ehtiyacımız yoxdur. Bundan sonra bizə qarşı kimsə hörmətsizlik eləsə, bunun cavabını artıqlamasıyla alacaq”.

Rəqsanə


Müəllif: