“Eve dönüş” serialının aktrisası Merve Oflaz restorandan çıxarkən kameralara tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Survivor” yarışmasıyla tanınan və aktrisalığa başlayan Merve şəxsi həyatından danışıb. Aktrisa yarışmadan tanış olduğu Selim Sabahla münasibətini bitirdiyini deyib.
Daha sonra isə Merve yeni sevgilisi olduğunu ağzından qaçırıb. Həmin şəxsin adını söyləməyən M.Oflaz səhvini düzəltməyə çalışıb.
Qeyd edək ki, aktrisanın adı son zamanlar “Eve dönüş” serialında tərəf-müqabili olan aktyor Tardu Flordunla eşq dedi-qodularında hallanır.