27 Yanvar 2016 13:19
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni və aktyor Özcan Dəniz prodüsserliyini etdiyi "Hər şey eşqdən" filmi ilə əlaqədar mətbuat konfrasın keçirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, tədbir zamanı Özcan jurnalistlərin suallarını cavablandırıb. O, filmə olan sevgisinə görə müsiqi biznesindən uzaqlaşdığını deyib.

"Mən ən çox qazanan müsiqiçilərdən idim. Əgər bu sahəni tərk etməsəydim, indiyə kimi 50 milyon lirə (26 milyon 665 min manat) qazanmışdım. Film sahəsi musiqi ilə müqayisədə daha az qazanclıdır. Amma yenədə film sahəsini daha çox sevirəm"

Yeni lahiyələrindən də danışan Dəniz "Sizə 2022-ci ilə qədər bir neçə film çəkəcəyəm" deyib.

Rüstəm


Müəllif: