9 İyun 2014 17:34
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəhim Rəhimlinin “10Lar” verilişində xalq artisti Faq Ağayevlə bağlı fikirləri qalmqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, müğənni və bəstəkar verilişdə xalq artistinin daha əvvəlki kimi populyar olmadığını iddia edib:

“Faiq Ağayev məndən illər öncə səhnədədir. O, zamanında çox konsertlər verib, əməkdar və xalq artisti adlarını alıb. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”

F.Ağayev isə məsələyə Facebook vasitəsilə münasibət bildirib:

“Bu məmləkətdə müasir estradada kişi müğənnilər arasında maksimum nailiyyətlər əldə etmişəm. Deyir ki, rəqabətə can atmıram. Düzdür, çünki əldə etdiklərim baxımından fəaliyyərimlə müqayisə olunacaq və ya yaxınımda duran birisini görmürəm hələ ki. Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyənlərə isə yazığım gəlir. Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil. Xalq arasında da onun fikrini ciddiyə alan yoxdur. Rəhim, yeni mahnının reklam etmək üslubunu səhv seçmisən. Belədə də ki, ayıq başa yaxşı oğlansan. Savadlı musiqiçi, məzəli şoumensən. Uğurlar sənə, gənc dostum!”

Aytən Həsənova


Müəllif: