28 Yanvar 2016 12:31
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın “İnstagram” səhifəsində doğum günü məclisində geyindiyi qısa libasa görə onu tənqid edən şəxsi təhqir etməsi sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Belə ki, yazılan iradlara təhqirlə cavab verən və “Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər” şərhini yazan A. Kazımovanın bu hərəkəti birmənalı qarşılanmayıb. Şəbəkə istifadəçiləri xalq artistinin fəxri adının alınması barədə fikirlər səsləndirilib.

Musavat.com xəbər verir ki, ötən gün tənqidlərə cavab vermək istəməyən sənətçi bu gün məsələyə aydınlıq gətirib .

Aygün Kazımova fikirlərinin düzgün başa düşülmədiyini, heç kəsi təhqir etmədiyini deyib. O, fikrini şeirlə davam etdirib:

- Hər birinizin mənfi rəyi,

Mənim belə bir yerimə.
Bir yerimi təhqir saydız.
Mən deyirdim, yəni mənim,
Ürəyimə, ürəyimə, ürəyimə!


Müəllif: