28 Yanvar 2016 14:00
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hafiz Hacıyev, mənim münasibətdə olduğum şəxs əsl kişidir. Sən yaxşı bilirsən, əsl kişilər harda olur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə ünvanlayıb. Xalq artistinin siyasətçiyə belə cavab verməsinə səbəb isə Hacıyevin Kazımovanın ünvanına səsləndirdiyi aşağıdakı xoşagəlməz fikirlər olub: “Aygünün arxasında kim durursa, jurnalistlər onu axtarıb tapmalıdır. Ona deməlidirlər ki, Aygünün ipini yığsın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram”.

Rəqsanə


Müəllif: