28 Yanvar 2016 18:04
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun bəzi aktyor və aktrisaları məşhur olmadan öncə həyatları çətinliklə keçib.

Millionlarla qonarar, böyük villalar, onlarla, hətta yüzlərlə avtomobili olan qarajlar, şəxsi təyyarələr - bütün bunlar orta statistik Hollivud ulduzunun həyatıdır. Onlardan bəziləri əvvəllər sığınacaqlarda, kiçik dükanlarda və hətta ictimai parklarda gecələyiblər.

Teleqraf.com elle.ru-ya istinadən məşhur olmadan öncə çətin həyat yolu keçən ulduzların siyahısını təqdim edir:


Ceniffer Lopez 18 yaşında anası ilə mübahisə etdikdən sonra evi tərk edib. Anası qızının kollecə hazırlaşmasının lazım olduğunu bildirib. Rəqqasə olmaq istəyən Ceniffer şəhərə gələrək rəqs klubunda qalıb.


Cim Kerri 12 yaşında olanda atasını işdən çıxarıblar. Valideynləri evin ipotekasını ödəyə bilmədiyindən 6 nəfərlik ailə treylerdə yaşamalı olub. Cimin gəncliyini təkər hazırlanan fabrikdə işləməklə keçirib.


Holli Berri 20 yaşında anasının qadağalarına baxmayaraq, çemodanını yığaraq evi tərk edib. O, Klivlenddən Çikaqoya köçüb. Gələcəkdə “Oskar” mükafatına sahib olacaq Holli həmin dövrlərdə açıq səma altında - küçədə qalmalı olub. Aktrisa bu çətinliklərdən dərs aldığını deyib.


Daniel Kreyq – O, “Ceyms Bond” rolu ilə dünyada məşhurlaşıb. Filmdəki roluna görə milyonlarla dollar qonarar alan aktyor gənclik illərində Londonun ucuz gecəqondularında yaşayıb. Çünki aktyorun rahat mənzildə qalmağa pulu çatmırdı.


Silvester Stalone – çox az adam bilir ki, iki dəfə “Oskar” qazanmış aktyor gənclik illərində yemək pulu olmadığından “erotik” filmlərdə rol alıb.İlk dəfə “Rokki” filmindəki rolundan sonra Stalone sonu görünməyən borclardan xilas ola bilib.

Rüstəm


Müəllif: